İsrail dövləti Türkiyədəki diplomatlarını geri çağırıb.
Bu barədə İsrail xarici işlər naziri Eli Kohen “X” hesabında bildirib.
“Türkiyədən gələn sərt bəyanatları nəzərə alaraq, mən İsrail-Türkiyə münasibətlərinə yenidən baxılması üçün diplomatik nümayəndələrimizin geri qayıtması barədə təlimat verdim”, – o deyib.