8 dekabr 2023-cü il saat 12.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Banker.az bunu şirkətin elanına istinadən xəbər verir.
Ümumi yığıncağın gündəliyi:
- “AzNar” QSC-nin icra orqanı barədə.
- “AzNar” QSC-nin direktorlar şurası barədə.
- “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə.
“Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyətini və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər”.
Xatırladaq ki, Fərhad Əhmədov 2009-cu ildən etibarən Teymur Əhmədov adına “AZNAR” Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar şurasının sədri və səhmdarıdır.