21 C
Baku
Friday, June 27, 2025

Azərbaycan və Dünya Bankı enerji sektorunda əməkdaşlığı müzakirə edib

Azərbaycan və Dünya Bankı arasında enerji sektorunda əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Bunu qurumun enerji və infrastruktur üzrə regional direktoru Çarlz Cozef Kormierlə görüşən energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası, “yaşıl enerji”nin müxtəlif marşrutlarla ötürülməsi və enerji səmərəliliyi ilə bağlı çoxşaxəli əməkdaşlıq imkanları müzakirə edilib.

Son xəbərlər
Digər xəbərlər