Yaponiya hökuməti Fələstinin HƏMAS radikal qruplaşması ilə əlaqəli şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə “Reuters” Yaponiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məhdudiyyətlər radikal hərəkata sponsorluq edən fiziki şəxslərin və şirkətlərin maliyyə aktivlərinin dondurulmasından ibarətdir.
Yaponiya hökuməti həmçinin, maliyyələşməsinin qarşısını almaq üçün “HƏMAS”ın doqquz liderinin aktivlərinin dondurulması qərarına baxacaq