Növbəti ilin dövlət büdcəsi layihəsində dövlət sifarişi ilə dövlət büdcəsinin vəsaiti hesabına zəruri təyinatlı tədbirlərin və işlərin həyata keçirilməsi üçün publik hüquqi şəxslərə ayrılan vəsait üzrə 20.2% artım proqnozlaşdırılıb.
Bu barədə Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə dair İzahata əsasən 2024-cü ildə dövlət sifarişinin yerinə yetirilməsi üçün 52 publik hüquqi şəxsə 534.2 mln. manat vəsait nəzərdə tutulur ki, bu da 2023-cü illə müqayisədə 89.8 mln. manat və ya 20.2% çoxdur.