18 C
Baku
Friday, September 20, 2024

Avropa İttifaqı Rusiyaya $5.3 mlrd.-lıq sanksiya tətbiq etməyi planlaşdırır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 12-ci sanksiya paketi çərçivəsində ümumi həcmi 5.3 milyard dollar olan ticarət məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

Təklif olunan yeni məhdudiyyətlər qaynaq avadanlıqlarının, kimyəvi məhsulların və hərbi məqsədlər üçün istifadə edilə bilən digər texnologiyaların ixracına təsir edəcək.

Bundan başqa, proqram təminatı lisenziyalarının verilməsi və bəzi işlənmiş metalların, alüminium və tikinti məhsullarının, nəqliyyat vasitələrinin və almazın idxalını qadağan etmək planları müzakirə olunur.

Qeyd edək ki, yeni siyahıya 100 fiziki və 40 hüquqi şəxsin daxil ediləcəyi gözlənilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər