13 C
Baku
Thursday, May 16, 2024

Fransa Qazaxıstanda AES tikə bilər

Qazaxıstan Fransanın EDF şirkəti ilə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı danışıqlar aparmağa hazırdır.

Bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev məlumat verib.

“EDF əvvəllər atom elektrik stansiyasının tikintisi üçün potensial təchizatçılar hesab edilən şirkətlərin qısa siyahısına daxil edilib. Əgər Fransa tərəfi iştirakla bağlı danışıqlara başlasa, biz bu danışıqları aparmağa və onların bütün suallarını cavablandırmağa hazırıq”, – nazir bildirib.

O, bunu Fransa prezidenti Emmanuel Makronun Qazaxıstana rəsmi səfəri çərçivəsində danışıqların gündəliyi məsələsini cavablandırarkən deyib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər