8 C
Baku
Sunday, December 22, 2024

Kabel istehsalçısının səhmdarları toplaşır

11 dekabr 2023-cü il saat 11.00-da Mingəçevir şəhəri, Heydər Əliyev pros­pekti 65 nömrəli ünvanda “Azərkabel” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az bunu cəmiyyətin Müşahidə Şurasının açıqlamasına istinad edir.

Yığıncaqda iştirak edən səhmdarlar qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqələri ilə (nümayəndələr səlahiyyət­lərini təsdiq edən sənədlə) birlikdə iclas günü saat 9.00-dan 10.30-a qədər qey­diyyat masasına müraciət etməlidirlər.

Növbədənkənar ümumi yığıncağın gündəliyi:

  1. “Azərkabel” ASC-nin öhdəliklərinin icrası və xüsusi əhəmiyyətli müqavilənin bağlanılması.
  2. “Azərkabel” ASC-də təşkilati məsələlər.

Gündəlikdəki materiallarla cəmiy­yətin binasında iclas günü tanış olmaq mümkündür.

 

Son xəbərlər
Digər xəbərlər