Servis onlayn ödəmələri “indi al, sonra ödə” prinsipinə əsas işləyirlər. Alıcı məhsulun qiymətini yalnız məhsul çatdırıldıqdan sonra ödəyir. Sifariş etmək üçün istifadəçi sadəcə olaraq poçt ünvanını və e-mail ünvanını bildirməlidir.
Klarna sistemini 2005-ci ildə üç isveçli tələbə yaradıblar. Onlar Sebastyan Simitkovski (Sebastian Siemiatkowski), Niklas Adalbert (Niklas Adalberth) və Viktor Yakobssondurlar (Victor Jacobsson). Hal-hazırda Klarna xidmətlərindən İsveçdə, Norveçdə, Finlandiyada, Almaniyada, Danimarkada, Hollandiyada və Avstriyada 8 milyondan çox müştəri yararlanır.
Son 7 ildə bu sistem vasitəsi ilə 50 milyondan çox əməliyyat aparılıb. Keçən il xidmətin dövriyyəsi 160 milyon avrodan çox pul təşkil etmişdi.
Klarnanın sayəsində keyfiyyətinə bələd olmayan məhsullara görə pul ödəmək istəməyən və plastik kartlarının kodlarını açıqlamaq istəməyənlər də onlayn alış-veriş edə bilirlər. Xidmət sövdələşmə aparan hər iki tərəflərin risklərini öz üzərinə götürür. Satıcı satdığı mala görə pulunu alır, alıcı isə malı əldə etdikdən sonra ödəmə edir.
Sistemə qoşulmuş satıcı xidmətə sifariş haqqında məlumat verir. Klarna əldə etdiyi məlumatları yoxlayır və satıcının hesabına pulları köçürür. İnternet-mağaza saytında alıcı “Klarna vasitəsi ilə alış-veriş edin” linkinə daxil olur və səhifəyə daxil olaraq özü haqqında məlumatı daxil edir.
Məhsulların ödənilməsinin iki yolu var: Klarna Invoice və Klarna Account. Klarna İnvoice variantının hesabları (kağızda yazı şəklində, elektron, SMS şəklində) məhsul ilə birlikdə göndərilirlər. Onlar az sayda mal və bir mağazadan alanda rahatdırlar. Ödəniş çatdırılmadan sonra 2 həftə müddətində edilməlidirlər.
Klarna Account müxtəlif mağazalardan məhsul almağa imkan yaradır. Hər ayın sonunda müştəriyə ümumi məbləğ göndərilir. Akkauntdan imtina etmək üçün müştərilər borclarını ödəməlidirlər.
Xidmətin müştərilər haqqında az məlumata sahib olmağına baxmayaraq, sistemdə dələduzluq dərəcəsi minimaldır. Əməliyyatları yoxlamaq üçün xidmət xüsusi alqoritmdən istifadə edir. Dələduzluqdan şübhələnən zaman xidmət müştəridən onun haqqında əlavə məlumat tələb edir. Bugünkü gündə Klarna 15 mindən çox mağaza ilə əməkdaşlıq edir. Satıcılar öz saytlarında hazır modulları ödənişsiz olaraq yerləşdirirlər.