1 C
Baku
Saturday, December 14, 2024

Atanın tapşırığı

Varlı bir şəxsin yalnız bir oğlu var idi. Ata ölümündən qabaq oğlunu yanına çağırır və deyir:

-Mən sənə üç məsləhət verəcəyəm və sən bütün ömrün boyu bu məsləhətləri yerinə yetirməlisən: heç vaxt birinci sən salam vermə; hər axşam şirniyyat ye; hər səhər yeni ayaqqabı geyin.

Bir müddətdən sonra ata vəfat edir, oğlu isə onun verdiyi məsləhətlərə əməl etməyə başlayır: heç kimə birinci özü salam vermir; hər axşam şirniyyat yeyir; hər səhər yeni ayaqqabı geyinirdi. Lakin bu zaman qəribə bir şey baş verdi. Artıq kənddə heç kim onunla danışmır, şirniyyat və yeni ayaqqabı üçün çox pul xərclənirdi. Belə olduqda o anasının yanına gəldi və dedi:

—Ana, məgər atam mənim düşmənim idi? Mənə niyə belə cəza verib?

Ana oğlunun bu suallarına belə cavab verdi:

-Atan mənə qadağa qoymuşdu ki, sən özün məndən soruşana qədər sənin işlərinə qarışmayım.

Birinci məsləhət, yəni “heç kimə birinci salam vermə” o demək idi ki, səhərlər hamıdan tez qalx və tarlada işləməyə get. Oradan keçən insanlar isə sənə birinci salam verəcəklər. İkinci, “hər axşam şirniyyat ye” o demək idi ki, bütün günü tarlada keçir və axşam istənilən yemək sənə şirniyyat kimi dadlı olacaq. Üçüncü, “hər səhər yeni ayaqqabı” geyin o demək idi ki, kişi öz geyiminə və ayaqqabılarına nəzarət etməlidir. Kişi axşamdan öz paltarını və ayaqqabılarını təmizləmədən yatmalı deyil. Beləliklə də səhər ayaqqabı ona yeni kimi olacaq.

Növbəti səhərdən gənc oğlan anasının dediyi kimi etməyə başladı. Bir müddət keçdikdən sonra oğlan varlandı, kəndin ən gözəl qızı ilə evləndi və bu məsləhətləri öz övladlarına da öyrətdi.

Son xəbərlər
Digər xəbərlər