Bu ilin oktyabr ayında Türkiyədə qiymətlər sentyabr ayı ilə müqayisədə 3.43%, ötən ilin eyni dövrünə nisbətən isə 61.36% çox olub.
Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Xatırladaq ki, qurum sentyabrda aylıq inflyasiyanı 4.75%, illik inflyasiyanı isə 61.53% olmaqla açıqlamışdı.
Müstəqil alimlərin yaratdığı İnflyasiya Araşdırma Qrupu (ENAG) isə oktyabrda aylıq inflyasiyanın 5.09%, illik inflyasiyanın isə 126.18% təşkil etdiyini bildirib.