13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda üç xəstəxanaya yeni direktorlar təyin edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin ediliblər.

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Natiq Əliyev, Samux Rayon Mərkəzi Xəstəxanasında Loğman Hacı Bədəlli, Laçın Rayon Mərkəzi Xəstəxanasında isə Orxan Cəbrayılov direktor vəzifəsini icra edəcəklər.

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev ixtisasca infeksionistdir. O, bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü olub.

Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli ixtisasca oftalmoloqdur. Yeni təyinatınadək Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçisi, oftalmoloq-cərrah kimi fəaliyyət göstərib.

Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov ixtisasca terapevtdir, bundan əvvəl sözügedən xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.

Eyni zamanda, Hikmət Fərəməzov Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini – İlkin səhiyyə xidmətinin rəhbəri, Güllü İbadova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini, Elnur Abdullayev isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini – baş həkim vəzifəsinə təyin ediliblər.

Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini – İlkin səhiyyə xidmətinin rəhbəri Hikmət Fərəməzov ixtisasca terapevtdir. O, bu vəzifəsinədək sözügedən xəstəxananın Statistika bölməsinin müdiri olub.

Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini Güllü İbadova ixtisasca oftalmoloqdur. Yeni təyinatınadək Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini – baş həkim Elnur Abdullayev ixtisasca anestezioloq-reanimatoloqdur. Bundan əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edib.

6545feccb19d46545feccb19d516990860286545feccb19d26545feccb19d3 6545fecd8b1b36545fecd8b1b416990860286545fecd8b1b16545fecd8b1b2 6545fed06d6196545fed06d61a16990860286545fed06d6146545fed06d616 6545fed2e04ce6545fed2e04cf16990860286545fed2e04c96545fed2e04cb 6545fed48357b6545fed48357c16990860286545fed4835786545fed483579 6545fed5991d16545fed5991d216990860286545fed5991cc6545fed5991ce

MənbəReport
Son xəbərlər
Digər xəbərlər