10 C
Baku
Sunday, November 10, 2024

İstanbulda mənzillərin orta kirayə qiyməti açıqlanıb

İstanbulda mənzillərin orta kirayə qiyməti 17 min lirəni (600 dollar) aşıb.

Bu barədə İstanbul Ticarət Palatası məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın sonuna İstanbulda mənzillərin orta kirayə qiyməti 17 min 111 lirə, mənzillərin orta satış qiyməti 4 milyon 224 min lirə (148 min dollar) olub.

İstanbulda 400 dollardan başlayan ən ucuz kirayə mənzillər Arnavut və Esenyurtdadır. Ən bahalı kirayə mənzillər Sarıyer rayonundadır. Sarıyerdə mənzillərin kirayə qiyməti 43 min lirədən (1,5 min dollar) çoxdur. Növbəti yerlərdə Beşiktaş 38 min lirə (1,3 min dollar) və Kadıköy (1,1 min dollar) gəlir.

Son xəbərlər
Digər xəbərlər