1920-ci ildə amerikalı ixtiraçı Makfarleyn uğurla ilk simsiz mobil telefonu yaratmış və istifadə etmişdir. Hazır ki mobil telefonların əcdadı olan bu simsiz gadget 457 metr məsafə daxilində işləyirdi.
Makfarleyn bacanın üç hissəsindən istifadə edərək qəbuledici düzəltmişdi və bu avtomobildən çıxmayaraq 457 metr məsafədə telefon əlaqəsindən istifadə etməyə imkan verirdi.
Yaradılmış bu cihaz o dövrün digər simsiz “telefonlarından” fərqli olaraq müasir cihazlar kimi siqnal qəbul edə və ötürə bilirdi.
İlk simsiz mobil telefonlar kobud formaya sahib idilər və məhdud ərazi daxilində işləyirdilər. Lakin öz ideologiyasına görə xeyli irəlidə idilər.
1922-ci ildə Pathe Britaniya şirkəti qısa bir film hazırladı. Bu filmdə Nyu-York-da küçədə iki qadın yanğın söndürmə kranına qoşulmuş primitiv telefonlarla danışırlar.