Dövlət Neft Şirkəti (SOCAR) və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin birgə şirkəti “SOCAR-STP” MMC-nin rəhbəri dəyişib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Azad Hüseynov Azər oğlu şirkətin baş icraçı direktoru təyin edilib.
O bu vəzifədə Fərid Ağayev Fəxrəddin oğlunu əvəz edib.
Qeyd edək ki, Azad Hüseynov 2023-cü ilin iyunundan STP-nin baş maliyyə inzibatçısıdır.
Bundan öncə Hüseynov 8 ilə yaxın Azərbaycan Dəmir Yollarında çalışmış, onun son 3 ilini Strateji və inkişaf departamentinin direktoru kimi çalışıb.
Xatırladaq ki, birgə müəssisə “SOCAR-STP” MMC 2020-ci ilin aprelində təsis edilib və 10 milyon manat nizamnamə kapitalı vardır.