12 C
Baku
Saturday, November 23, 2024

OpenAI ChatGPT-nin yeni versiyasını təqdim edib

OpenAI ChatGPT çat-botunun yeni versiyasını – GPT-4 Turbo-nu təqdim edib. Şirkətin saytında deyilir ki, o, 2023-cü ilin aprel ayına qədər dünyada baş verən hadisələr haqqında məlumatlıdır. Çat-botun əvvəlki versiyasında, tərtibatçıların bildirdiyinə görə, 2021-ci ildən sonrakı hadisələr haqqında məlumat məhdud idi.

Yenilənmiş versiya eyni zamanda bir sorğuda 300 səhifədən çox mətnin ekvivalentini yerləşdirməyə imkan verən 128 KB kontekst pəncərə alıb. Qeyd edək ki, GPT-4 Turbo tərtibatçılar üçün daha ucuz başa gəlir- 1000 token üçün cəmi 0.01 dollar. Ümumiyyətlə, OpenAI-nin məlumatına görə, GPT-4-ün yeni versiyası əvvəlkilərdən 3 dəfə ucuzdur.

Keçən ilin sonundan, OpenAI özünün yeni nəsil çat-bot ChatGPT-ni təqdim etdikdən sonra süni intellekt (AI) ilə bağlı onlayn sorğuların sayı 1000%-dən çox artıb. Bir çox iri şirkətlər artıq öz işlərində yeni süni intellekt texnologiyalarından fəal şəkildə istifadə edir və onları kütləvi bazara çıxarırlar. Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, istehlakçılar yeni AI xidmətlərindən çox ehtiyat edirlər.

Son xəbərlər
Digər xəbərlər