Bostonda yerləşən Reputasiya İnstitutu (RI) dünyanın ən yaxşı nüfuza malik 100 şəhərinin reytinqini açıqlamışdır. Reytinq təşkil edilərkən əsas olaraq üç – iqtisadiyyat, ətraf mühit və idarəçilik kimi əsas parametrlər analiz edilmişdir. Bundan əlavə, analiz üçün “Böyük 8-lik” ölkələrindən 19 000 sakin sorğuda iştirak etmişdir.
Reytinq insanların biznes və investisiya üçün dünyanın hansı ölkələrini daha çox ziyarət etdiklərini nümayiş etdirmişdir.
Beləliklə, dünyanın ən yaxşı nüfuza malik olan şəhərləri bunlardır
- Sidney
- Melburn
- Stokholm
- Vyana
- Vankuver
- Barselona
- Edinburq
- Cenevrə
- Kopenhagen
- Venesiya