ABŞ-ın enerji agentliyi 2023-cü il üçün “Brent” markalı neftin qiymət proqnozuna yenidən nəzərdən keçirib.
Beynəlxalq etalonla həmin markalı neftin 2023-cü ildə orta hesabla bir barel üçün 83,99 dollar olacağı təxmin edilir. Əvvəlki proqnozda qara qızılın qiyməti 84,09 dollar idi.
Agentlik əlavə edib ki, ABŞ 2023-cü ildə ölkədə gündəlik neft hasilatı proqnozunu 20 min barel azaldacaq. Bu da sutkada 12,9 milyon barel təşkil etsə də, 2022-ci illə müqayisədə 990 min barel çox olacaq.