“Rabitəbank” ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində şəhid ailələrinə dəstəyini davam etdirir. Belə ki, bank 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq, Şamaxı, Kürdəmir və Ağsu rayonlarında məskunlaşmış 100 şəhid ailəsinə ərzaq yardımı göstərib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və mərkəzi regional icra hakimiyyətləri orqanlarının dəstəyi ilə baş tutmuş yardım kampaniyasında bankın əməkdaşları da iştirak ediblər və şəhid ailələri ilə görüşərək söhbət ediblər.
Qeyd edək ki, korporativ sosial layihələr çərçivəsində bir çox xeyriyyə tədbirləri həyata keçirən Rabitəbank öz ənənəsinə sadiq qalaraq, bundan sonra da bu cür təşəbbüskar addımlar atmağa davam edəcək.
“Rabitəbank” ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.