8 C
Baku
Friday, December 13, 2024

SOCAR-ın Türkiyədəki “Petkim”inin xalis mənfəəti milyardı ötüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı “Petkim” neft-kimya kompleksinin 2023-cü ilin üçüncü rübündə xalis mənfəəti açıqlanıb.

Banker.az xəbər verir ki, bu dövrdə xalis mənfəəti 2.3 milyard TL, xalis satış gəliri isə 13.2 milyard TL həcmində olub.

Məlumatda bildirilib ki, ikinci rüblə müqayisədə xalis mənfəətini 961% artıran “Petkim” xalis satışlarını da 24 % artırıb”.

Qeyd edək ki, “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. İndiyənədək Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya obyekti olan “Petkim”in təkmilləşdirilməsi üzrə işlərə 1.6 milyard ABŞ dolları həcmində investisiya qoyulub.

 

Son xəbərlər
Digər xəbərlər