Rusiya hökuməti Rusiya Federasiyasında azaldılması nəzərdə tutulan nüvə silahlarının ləğvi məqsədilə Yaponiya hökuməti ilə əməkdaşlıq haqqında sazişə xitam verib.
Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
“Rusiya Federasiyası hökuməti ilə Yaponiya hökuməti arasında Rusiya Federasiyasında ixtisar edilməli olan nüvə silahlarının ləğvinə kömək etmək və bu məqsədlər üçün Əməkdaşlıq Komitəsinin yaradılması üzrə əməkdaşlıq haqqında 1993-cü il oktyabrda Tokioda imzalanmış sazişə xitam verilsin.”, – sərəncamda deyilir.