Türkmənistan İraqa qaz tədarük etməyi planlaşdırır.
Türkmənistan və İraq qazın alqı-satqı müqaviləsinin əsas kommersiya şərtləri haqqında protokol imzalayıblar.
Sənədə əsasən, beş il ərzində İran vasitəsilə İraqa ildə 9 milyard kubmetr türkmən qazı (gündə təxminən 25 milyon kubmetr) nəql ediləcək.
Türkmənistan dünya bazarlarına enerji təchizatının daha da şaxələndirilməsi siyasətini davam etdirmək niyyətindədir.