2024-cü ildə pul siyasəti inflyasiyanın müəyyən edilmiş dəhliz daxilində (4±2%, yəni 2% və 6%) formalaşmasına yönəldiləcəkdir.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov öz “X” hesabında bildirir.
“Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi davam etdiriləcək”- deyə, Kazımov qeyd edir.
Bildirir ki, Mərkəzi Bankın baza ssenari əsaslı proqnozlara görə, illik inflyasiya: 2023-cü ilin sonuna 4.3%; 2024-cü ilin sonuna 5.3% və 2025-ci ilin sonuna isə 3.4% olacaqdır.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycanda illik inflyasiya yanvar-oktyabr ayları ərzində 10.9 faizdən 10.2 faizə düşüb.