Yapon məmurları artıq uzun zamandır ki, öz ölkələrinin vətəndaşlarını Olimpiadadan gələn gəlirlərin, biletlərin satışına, idman obyektlərin tikintisinə çox saylı iş yerlərinin açılması və turist axınına sərf olunan xərclərdən çox olacaqlarını inandırırlar.
Lakin bir sıra azad iqtisadiyyatçılar Olimpiadaya sərf olunan hesablamaların siyasətçilərin təsvir etdiyindən daha mürəkkəb olduqlarını iddia edirlər.
Biz sizə Olimpiadaya ev sahiblik etmək haqqını qazanan, lakin zərər çəkən ölkələrin siyahısını təqdim edirik.
Afina 2004-cü ildə Olimpiada oyunlarına ev sahibliyi edərək böyük məbləğdə hazırlıqlar aparmışdı. Nəticədə bir neçə milyard dollarla ölçülən zərər çəkmişdi. Oksfordun Biznes məktəbinin hazırladığı iş sənədlərinə əsasən, layihəyə sərf olunan xərclər ilkin təyin olunmuş büdcədən 796%-ə qədər çox olduğu deyilir. Həmçinin Yunanıstan ölkəyə çox saylı turist axınının gələcəyini təxmin edərək bir çox mehmanxana tikdirmişdi. Lakin bu təxmin özünü doğrultmamışdı.
Monrealın meri Jan Drapü oyunların başlamasından öncə çıxışında Olimpiyadaya sərf olunan xərclərin kompensasiya olunacaqlarını və dövlət büdcəsinin oyunların sayəsində çoxalacağını bəyan etmişdi. Lakin Drapü təxminlərində yanılmışdı. Olimpiyada oyunları bitdikdən sonra şəhərin ümumi borcu 1,5 milyard dollar təşkil etmişdi. Monreal borclarını yalnız 2006-cı ildə ödəyib qurtara bildi. Həmin vaxt yerli əhali Olimpiyada oyunları üçün tikilmiş stadionun adını dəyişərək Big O в Big O-W-E ( “Böyüklər borca düşüblər” ) etmişdilər.
Yapon şəhəri Naqanoda təşkil olunan Olimpiyada oyunlarının təşkilatçıları qış oyunlarından sonra şəhərə çox saylı turistlərin gələcəyini iddia edirdilər. Lakin bağlanış mərasimindən sonra şəhərə turist axını müşahidə olunmur. Bundan savayı, Oksford universitetinin verdiyi məlumatlara görə dövlət büdcəsindən sərf olunan xərclərin ilkin təxmin edildiyindən 56% çox olduqları deyilir. Bir sıra məmurlar korrupsiyada ittiham edilmişdilər. Maliyyə hesabatlarının yerləşdiyi qutular yandırılmışdı. Naqanoda keçirilən oyunların dəyəri hələ də məlum deyil.
1980-ci ildə Leyk- Plesidedə keçirilən qış Olimpiya oyunlarına çox az məbləğdə pul sərf olunmuşdu və büdcə yetərincə mütəvazi idi. Buna baxmayaraq ilkin təxmin olunmuş büdcədən 320% çox pul sərf olunmuşdu. Şəhərin 8 milyon dollarlıq olan kəsri şəhərin hakimiyyətini Nyu-York ştatının rəhbərliyindən maliyyə yardımı istəməyə məcbur etmişdi.
Albervilledə keçirilən qış Olimpiya oyunlarına sərf olunan büdcə ilkin təyin olunmuşdan 135% çox olmuşdur. 57 milyon dollar həcmində kəsir fransız hökumətini borcların bir qismini öz üzərinə götürməyə vadar etmişdi.
Oksford universitetinin tədqiqatçıları bəyan edirlər: « Demək olar ki, 100% hallarda Olimpiya oyunlarına sərf olunan büdcə təxmin edilmiş büdcədən çox olur. Adətən, digər meqalayihələr büdcəyə sığır, lakin Olimpiadada bu hal müşahidə olunmur».