13 C
Baku
Saturday, November 23, 2024

IEA: “OPEC+ ölkələri oktyabrda neft hasilatını gündəlik 70 min barel artırıb”

Oktyabrda OPEC+ ölkələri neft hasilatını sentyabr ayı ilə müqayisədə gündəlik 70 min barel artıraraq sutkada 36.51 milyon barelə çatdırıblar.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.

Hesabata əsasən, kvotalardan geri qalma gündəlik olaraq 0.4 milyon barel təşkil edib.

Qeyd edilib ki, alyansa üzv olan 19 ölkədə hasilat həcmi sutkada 36,51 milyon barel təşkil edib. Eyni zamanda, kvotalar çərçivəsində hasilatın hədəf səviyyəsi 36.92 milyon barel təşkil edir.

Bütün OPEC+ ölkələrində (sövdələşmənin kvotadan azad iştirakçıları da daxil olmaqla) ümumi neft hasilatı sutkada 30 min barel artaraq sutkada 43.19 milyon barelə çatıb. Anqola, İraq və Rusiyada hasilatın artması digər ölkələrdəki kiçik azalmaları kompensasiya edib.

Təkcə OPEC-də hasilat oktyabr ayında dəyişməyərək sutkada 28.21 milyon barel təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər