12-ci sanksiyalar paketində Avropa İttifaqı Rusiyaya dəzgahlar, kimyəvi maddələr, litium batareyaları və PUA-lar üçün mühərriklərin ixracını qadağan etmək istəyir.
Bu barədə Bloomberg məlumat yayıb.
Həmçinin qeyd olunub ki, yeni məhdudiyyətlər paketi çərçivəsində maye propan, çuqun növləri, mis və alüminium məftil, folqa, və boruların Moskvaya ixracı qadağan ediləcək.
Bundan əlavə, yanvarın 1-dən etibarən Rusiya almazlarına qadağa da Aİ-nin yeni sanksiyalar paketinə daxildir.