15 C
Baku
Monday, May 6, 2024

TuranBankın aktivləri artıb

Banker.azın banka istinadən verdiyi məlumata görə, 31 oktyabr 2015-ci ilin tarixinə TuranBankın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 53%, ilin əvvəlinə nisbətən isə 39% artaraq 445,5 mln. manat təşkil etmişdir. Bankın kredit portfeli isə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 15%, ilin əvvəlindən isə 14% artaraq 251,9 mln. manata çatmışdır.

31 oktyabr 2015-ci il tarixinə Bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50%, ilin əvvəlinə nisbətən isə 41% artaraq 203,1 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 28,3%, cari ilin əvvəli ilə müqayisədə isə 21,7% artaraq 87,8 mln. manat olmuşdur.

31 oktyabr 2015-ci il tarixinə Bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 50 mln. manat, məcmu kapitalı isə 53,2 mln. manat təşkil etmişdir.

2015-ci ilin yanvar-oktyabr aylarının fəaliyyətinin nəticələrinə əsasən Bankın gəlirləri 29,8 mln. manat, xərcləri isə 29,1 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın mənfəəti 650 min manat olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər