6 C
Baku
Monday, December 16, 2024

Enerji dolu və məhsuldar iş həftəsinin resepti

İş həftəsinin başlanğıcını hərə bir cür qarşılayır. Bəxti gətirən şəhər sakinləri yeni bazar ertəsinin üzünə gülümsəyərək həyat eşqi ilə işə yola düşür. Digərləri isə istirahət günlərinin tez yekunlaşdığına və növbəti həftəsonuna hələ çox qaldığına təəssüflənirlər. Amma hər iki halda, insanlar qarşıya qoyulan tapşırıqların öhdəsindən uğurla gəlmək üçün pozitiv köklənməyə-əhval ruhiyyəyə ehtiyac duyurlar.

● Siz düşünürsünüz ki, sizə verdiyimiz ilk məsləhət olduqca darıxdırıcı və moizəyə oxşar bir şey olacaq? Məsələn, belə: «Həftəyə planlama ilə başlayın!» Düzdür, planlama çox vacibdir, amma sizə  verəcəyimiz ilk məsləhət heç də belə səslənmir. Zəngli saatın (əksər hallarda telefonun) səsindən sonra gözlərinizi açdıqda, yeni günün üzünə gülümsəyin. Özünüzü qaydaya salıb, səhər yeməyini yeyənə qədər iş haqqında düşünməyin, pəncərədən açılan mənzərəni seyr edin, bir fincan çay və ya qəhvənin dadından zövq alın, həyətə çıxarkən, təmiz və soyuq səhər havasını dərindən ciyərlərinizə çəkin, dərindən nəfəs alın – qoy bu, sizin qəlbinizi sevinc və özünəinamla doldursun.

● İşə gəldikdə, həmkarlarınıza uğurlu iş günü arzu edin (Gün aydın!) və bunu həqiqətən də ürəkdən və səmimiyyətlə edin, hətta adətən sizə o qədər də xoş münasibət bəsləməyən insanlara qarşı.  Axı nəticə etibarı ilə siz hamınız eyni komandada çalışırsınız  və hər bir kəsin fəaliyyət ümumi nəticənin və hədəflərin əldə olunması üçün vacibdir.

● İndi isə planlamaya keçmək olar. Necə ki,  təpənin üstündə dayanan sərkərdə döyüşün baş verəcəyi ərazini gözdən keçirir, eləcə də siz qarşınızda dayanan və yaxın bir neçə gün ərzində həll edilməli olan məsələlərin miqyasını qiymətləndirin. Hansı problemlərin daha çox vaxt və güc tələb edəcəyini və məhz hansı günlərdə diqqəti onlarda cəmləməyin daha yaxşı olduğuna qərar verin. Çalışın ki, görəcəyiniz işlərə emosional cəhətdən neytral yanaşasınız, onları xoşagələn və xoşagəlməz kateqoriyalarına parçalamayın. Bütün bunlar işgüzar məsələlərdi və siz onların həlli yollarının mexanizmlərini işləyib hazırlayır  və həftə sonunacan pozitiv nəticə əldə edirsiniz. Hər şey bir sadə qanuna əsaslanır –axı siz peşəkarsınız.

● İşlə bağlı tədbirlərdən savayı, öz həftəlik planınıza, sizə ağır iş günündən sonra enerjinizi bərpa etməyə kömək edəcək nüansları da daxil edin. Bu, idman zalındakı məşqlər, dostlarla kafedə görüşlər və ya sevimli kitabın oxusu, həmçinin də maraqlı, komediya janrında bir filmin izlənməsi də ola bilər. Biz biləndə ki, işdən sonra bizi məzmunlu, xoş və yüngülləşdirici bir istirahət gözləyir, onda işdə öz diqqətimizi və səylərimizi cəmləmək daha asan olur və sən özünü tamamı ilə işə kökləyə bilirsən.

 ● Bazar ertəsi günün birinci yarısında həddindən artıq problemli bir işin həllindən uzaq olmağa çalışın, çünki siz iş ritminə çox rahat uyuşmalısınız. Digər tərəfdən isə çətin məsələləri həftə sonuna təxirə salmaq lazım deyil. Təsəvvür edin ki, uzaq məsafədə marafon qaçışına çıxmış bir yarışçısınız. Əvvəlcə hərəkət ritminizi müəyyən edin, daha sonra isə sürət yığın və marşrutun vacib məntəqələrini qət etdikcə, hərəkət prosesinin özündən həzz və məmnunluq əldə etməyə çalışın.

Son xəbərlər
Digər xəbərlər