Almaniyanın “Siemens” korporasiyası sentyabrın sonunda başa çatan dördüncü rüb və bütövlükdə 2023-cü maliyyə ili üçün hesabatları təqdim edib. Rüblük gəlir 10% artaraq rekord həddə – 21.4 milyard avroya çatıb, xalis mənfəət isə 35% azalaraq 1.9 milyard avro təşkil edib.
Bütövlükdə 2023-cü il üçün “Siemens”in gəliri 11% artaraq 77.8 milyard avroya çatıb. Şirkətin illik mənfəəti demək olar ki, iki dəfə (94%) artaraq 8.5 milyard avro təşkil edib.
“Siemens” 2024-cü maliyyə ili üçün proqnozunu bir qədər aşağı salıb: şirkət gəlir artımının 4% ilə 8% arasında olacağını gözləyir. Bu, digər məsələlərlə yanaşı, şirkətin istehsal etdiyi sənaye avadanlıqlarına tələbatın azalması ilə bağlıdır, ilk növbədə, iqtisadi artımın gözləniləndən aşağı qaldığı Çində.