Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirib.
Meşələrin İnkişafı Xidmətinin sektor müdiri Sadiq Salmanov, Zaqatala Regional Mərkəzinin direktoru Rəşad Mahmudov və digər vəzifəli şəxslər saxlanılıb.
Hazırda cinayət işi açılıb, araşdırmalar aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirilməsi faktını təsdiqləyiblər. Bildirilib ki, əlavə məlumat veriləcək.