10 C
Baku
Thursday, December 12, 2024

“Buta Broker”in rəhbəri həbs edildi

Azərbaycanda tranzit işləri ilə məşğul olan “Buta Broker”in rəhbəri Rəşad adlı şəxsə hökm oxunub.

Hökm Nərimanov Rayon Məhkəməsində hakim Eldar Kamranovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.

O, 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Rəşad adlı şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edib.

İttiham aktına əsasən, Rəşad adlı şəxs aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurub.

Ayrı-ayrı şəxslərin ölkəyə gətirdiyi tibbi ləvazimatları gömrük brokeri olaraq rəsmiləşdirilməsini müstəqil həyata keçirməklə gömrük sərhədindən keçirəcəyinə, gömrük əməliyyatlarının tezləşdirilməsi barədə yalan məlumat verib. Ayrı-Ayrı şəxslərdən gömrük əməliyyatlarını həyata keçirəcəyi barədə yalan vəd verərək xeyli miqdarda pulları mənimsəyib. Qeyd olunan zərərçəkmişlər arasında sahibkarlar və klinika direktoru da var.

Qeyd edək ki, Rəşad adlı şəxs polisə daxil olmuş şikayətlər əsasında 2022-ci ilin sentyabr ayında həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər
Digər xəbərlər