Astaradan İranı Azərbaycanla birləşdirən yeni körpü və tranzit marşrutu 1 ay ərzində istifadəyə veriləcək.
Bu barədə İranın Astara şəhərinin icra başçısı Məhəmmədrza Şahabzadə deyib.
“Yeni körpü istifadəyə verildikdən sonra nəqliyyatın hərəkətində növbə yaradan bütün yük maşınları oradan hərəkət edəcək və biz daha sıxlıq görməyəcəyik”, – icra başçısı qeyd edib.