10 C
Baku
Thursday, December 12, 2024

ABŞ tənzimləyicisi “Kia” və “Hyundai”ya qarşı araşdırmaya başlayıb

ABŞ-ın Yol Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) avtomobil istehsalçıları “Kia” və “Hyundai” ilə bağlı araşdırmaya başlayıb.

Təhqiqat şirkətlərin mühərrikin yanması riski səbəbindən ümumilikdə 6.4 milyon avtomobili geri çağırdığı bir vaxta təsadüf edir. NHTSA şirkətlərin avtomobilləri necə vaxtında geri çağırdığını, problemlə bağlı dəqiq nə məlumat verdiklərini və s. yoxlayacağını bildirib. “Hyundai” və “Kia” hələlik araşdırma ilə bağlı məlumatı şərh etməyiblər.

Sentyabr ayında “Kia” və “Hyundai” bu problemə görə 2010-2019-cu illərdə istehsal olunmuş 3.4 milyon müxtəlif modelli avtomobili geri çağırdıqlarını elan ediblər. Yanğının baş vermə ehtimalının avtomobillərin bloklanmaya qarşı əyləc sistemindən bəzi hallarda əyləc mayesinin sızması ilə əlaqədar olduğu bildirilir ki, bu da qısaqapanmaya və mühərrik hissəsində yanğına səbəb ola bilər. “Reuters”in məlumatına görə, hər iki istehsalçı əvvəllər bu problemə görə 2016-cı ildən bəri bir neçə dəfə avtomobillərini geri çağırıb.

Son xəbərlər
Digər xəbərlər