12 C
Baku
Monday, November 25, 2024

TezÖdə ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda parkinq növbəsi gözləməyin

®TezÖdə “Azərikard” tərəfindən rəqəmsal ödənişlərin həyata keçirilməsi üçün yaradılan innovativ ödəniş məhsuludur. Bu xidmət vasitəsi ilə bir sıra ödənişləri tamamilə təmassız yerinə yetirmək mümkündür.

TezÖdə-yə bir dəfə qoşulmaqla Bakı hava limanında parklama haqqını sürətli şəkildə ödəyə bilərsiniz.

Bunun üçün tezode.az saytında (və ya seçilmiş Bankların tətbiqlərində) qeydiyyatdan keçib bank kartını və avtomobil nömrəsini daxil etməlisiniz. Daha sonra ödəniş terminallarında növbədə vaxt itirmədən, tətbiqə daxil olmadan, ödənişiniz tam avtomatik icra ediləcək.

Eyni zamanda, ABB Mobile, Premium Bank və Rabitə Mobile tətbiqlərində “TezÖdə” xidmətini aktivləşdirə bilərsiniz.

TezÖdə-nin üstünlükləri:

– Nağdsız ödənişlər;

– Sürətli ödənişlər;

– Növbəsiz ödənişlər

“Azərikard” MMC Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzidir. Hazırda Azərbaycanda və xaricdə 17 banka prosessinq və dəstək xidməti göstərir.

“Apple Pay” və “Google Pay” kimi ödəniş sistemlərinin Azərbaycanda ilk tətbiq edilməsini təmin etmişdir. Hazırda 6 000 000-a yaxın bank kartına, 30 000-dən çox pos terminala və 2500 ATM və ödəniş köşklərinə xidmət etməkdədir.

Son xəbərlər
Digər xəbərlər