Bakı Fond Birjasında (BFB) yeni baş kommersiya inzibatçısı təyin edilib.
Banker.az xəbər verir ki, bu, Oqtay Qasımovdur.
O, 2009-cu ilin dekabrından 2020-ci ilin aprelinə qədər “Rabitəbank” ASC-nin Xəzinə departamentinin direktoru kimi çalışıb.
O.Qasımov 2020-ci ilin aprelindən 2023-cü ilin noyabrına qədər “PAŞA Bank” ASC-nin investisiya bankçılığı üzrə çalışıb.