Böyük Britaniyanın Daxili İşlər Nazirliyi qanuni miqrasiya ilə bağlı əlavə tədbirlər görməyi planlaşdırır.
Nazirliyin məlumatına görə, ixtisaslı işçilər əmək vizası ilə bağlı müraciət etmək üçün ildə azı 26.2 min funt-sterlinq (32.8 min dollar), sosial işçilər isə 20.9 min funt-sterlinq (26.2 min dollar) əməkhaqqı almalıdır.
Buna baxmayaraq, hakim mühafizəkarlar partiyasından olan deputatlar qanuni mühacirlərə qarşı daha sərt tədbirlərin görülməsini istəyir.
Qeyd edək ki, Böyük Britaniyada işçi çatışmazlığı krallığın 2020-ci ildə Avropa İttifaqını tərk etməsindən sonra daha da artıb.