15 C
Baku
Sunday, November 24, 2024

“Qlobal neft bazarı balanslaşdırılmış vəziyyətdədir” – Novak

Hazırki dünyada neft qiymətləri mövcud vəziyyəti obyektiv şəkildə əks etdirir.

Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

 

Onun sözlərinə görə, qlobal neft bazarı hazırda balanslaşdırılmış vəziyyətdədir.

Aleksandr Novak onu da əlavə edib ki, qeyd olunan məsələlər bu bazar günü Vyanada keçiriləcək “OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) iştirakçılarının toplantısında müzakirə olunacaq.

Dünya bazarında neft qiymətləri əsasən noyabrda, o cümlədən bazar günü Vyanada keçiriləcək “OPEC+” toplantısı ərəfəsində ucuzlaşıb.

Qeyd edək ki, razılaşma çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 mln. barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 mln. barel azaldacağını bəyan edib. Bundan əlavə, bir sıra razılaşma iştirakçısı (həmçinin Səudiyyə Ərəbistanı və Rusiya) kvotaları əlavə könüllü azaltmalara da qərar verib.

Xatırladaq ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər