“Xalq Sığorta” ASC-nin 2023-cü ilin yanvar-oktyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.
Şirkət yanvar-oktyabr ayında 18.688 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 15.511 mln. manat və ya 45% azalma deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 34.199 mln.manat təşkil edirdi.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58 750 500 manatdır.