9 C
Baku
Wednesday, November 27, 2024

Qazaxıstanda ekologiya məhkəməsi yaradıla bilər

Qazaxıstanda ekoloji məhkəmənin yaradılması təklif edilib.

Bu barədə ölkənin Ali Məhkəməsinin hakimi Beybut Şermuxametov məlumat verib.O deyib ki, ekoloji mübahisələrə dair işlərə baxılarkən hakimlərin özlərinin işində nöqsanlar var: “Bu, qeyri-peşəkarlıq, kifayət qədər hazırlığın olmamasından qaynaqlanır”.

Hakimin sözlərinə görə, 2019-cu ildən bu yana Ali Məhkəmə ekoloji mübahisələrə dair bir dəfə də olsun təlim keçirməyib və ölkədə belə işlərə baxa biləcək hakimlər praktiki olaraq yoxdur.

Şermuxametov hesab edir ki, buna görə də məhkəmə qərarlarından ictimai narazılıq yaranır.

Son xəbərlər
Digər xəbərlər