13 C
Baku
Saturday, November 23, 2024

Bavariyanın Baş naziri: “Almaniya ciddi böhran içindədir”

Almaniya büdcə problemləri fonunda ağır dövlət böhranı keçirir.

Bunu Bavariyanın Baş naziri, Xristian Sosial Birliyinin sədri Markus Söder deyib.

Söder Almaniyada hakim koalisiyaya daxil olan partiyaların yaranmış çətinlikləri həll etmək üçün heç bir şey etmədiklərini bildirib:

“Bu hökumət faydalı deyil və onun yeri müxalifətdədir. Bizdə büdcədə problem yoxdur, hökumət böhranı mövcuddur”.

Almaniya Federal Konstitusiya Məhkəməsinin bir müddət əvvəl Nazirlər Kabinetinin on milyardlarla avronun fondlar arasında bölüşdürülməsi qərarını qanunsuz elan etməsindən sonra hökumət son dərəcə çətin vəziyyətə düşüb. Olaf Şolts hökuməti 2021-ci il büdcəsindən koronavirusla mübarizə, ətraf mühit və iqlim layihələrinə 60 milyard avro ayırıb. Xristian Demokrat və Xristian Sosial Birliyinin müxalifət bloku belə bir addımı konstitusiyaya zidd sayıb və məhkəmədən onun qanuniliyini yoxlamağı xahiş edib.

Son xəbərlər
Digər xəbərlər