8 C
Baku
Monday, November 18, 2024

Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib – Yenilənib

12:23

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

İclasın gündəliyinə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələri daxil edilib.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

***

11:18

Milli Məclisdə Ağdərə rayonunun yaradılması və Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə təklif edilən dəyişikliklərin müzakirəsi başlayıb.

Bu, parlamentin Regional məsələlər komitəsinin bu keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələrində əksini tapıb.

İclasda komitə üzvləri ilə yanaşı Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının deputatları da iştirak edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər