3 C
Baku
Saturday, December 14, 2024

Əsas səhmdar NIKOIL | Bankın depozit portfelini artırdı

NIKOIL | Bankdan alınan məlumata görə, onun əsas səhmdarı keçən həftə Bankda ümumi həcmi 10 mln. ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir, bununla Bankın məcmu depozit portfelinin həcmini 266 mln. AZN-dək artırmışdır.

Onu da qeyd etmək istərdik ki, 2015-ci ilin üçüncü rübünün sonuna  NİKOİL | BANK-ın fiziki şəxslərin müddətli əmanətləri üzrə depozit portfelinin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 35% artaraq  211 mln. AZN təşkil etmişdir. Əhalinin müddətli əmanətlərinin həcmi birinci rübün əvvəlinə 165 mln. AZN təşkil etmiş, cari il üzrə  artım 46 mln. AZN olmuşdur.

Həmçinin 23 noyabr tarixindən etibarən Nikoil | Bank ənənəvi yeni il “Nikoil | 2016” əmanət aksiyasının başlanmasını elan etmişdir.  İstənilən şəxs 1000 AZN/USD/EUR məbləğindən az olmayaraq, 3 aydan 60 aya qədər müddətə əmanət yerləşdirməklə bankdan əmanət faiz dərəcəsinə +1% hədiyyə qazanacaqdır. Aksiya 25 yanvar 2016-cı ilə qədər davam edəcək. Əmanət üzrə sərfəli faiz dərəcəsi ilə yanaşı  hər bir əmanətçi Bankdan dəyərli hədiyyə – 15 000 USD məbləğində pul kisəsi və 20 ədəd müasir smartfon qazanmaq üçün  şans əldə edəcəkdir.

Bugün “NİKOYL” İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı  www.nikoil.az  rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər
Digər xəbərlər