6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda fərdi sahibkarlara verilən kreditlərin həcmi ₼3 milyarda çatır

Azərbaycanda fərdi sahiblarlara verilən bank kreditlərinin həcmi oktyabr ayında 2.2% artaraq  2 milyard 781 milyon manata yüksəlib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının açıqlamasına istinad edir.

Azərbaycanda şirkət yaratmadan sahibkarlıqla məşğul olan şəxslərə verilən kreditlərin həcmi ilin əvvəli  2 milyard 156 milyon manat idi. Bu da bu portfelin ilk 10 ayda 37 faiz yüksəlməsi deməkdir.

Qeyd edək ki, Azərbaycanda fərdi sahibkarlara verilən bank kreditlərinin həcmi son üç ildə aybaay ancaq yüksələn trendlə davam edib.

Fərdi sahibkarların banklardakı depzitlərinin həcmi isə  292.9 mln. manat olmaqla bunun  29.7 mln. manat ekvibvalentində olan hissəsi xarici valyutada olan depozitlər idi.

342342424321

Son xəbərlər
Digər xəbərlər