13 C
Baku
Sunday, November 24, 2024

Qazaxıstanın iri yataqlarında neft hasilatı 56%-dək azalıb

Qazaxıstanın Tengiz, Kaşaqan, Karaçaqanak kimi ən iri neft yataqlarında hasilat 56 faizədək azalıb.

Qazaxıstanın energetika nazirinin müşaviri Şınqıs İlyasov bu barədə jurnalistlərin suallarına cavabında deyib. Onun sözlərinə görə, yaxın zamanlarda da hasilatın azalması müşahidə olunacaq.

“Qazaxıstan Energetika Nazirliyi vəziyyətin nə vaxt normallaşacağı barədə məlumata malik deyil”, – deyə Şınqıs İlyasov əlavə edib.

Xəzər Boru Kəməri Konsorsiumu dünən əlverişsiz hava şəraiti ilə əlaqədar dəniz terminalında neft yüklənməsini dayandırıb və sistemə neft qəbulu məhdudlaşdırılıb. Qazaxıstanın qərbindəki neft yataqlarını və Xəzər şelfindəki Rusiya yataqlarını Novorossiysk limanındakı dəniz terminalı ilə birləşdirən konsorsium hazırda Qazaxıstan neftinin əsas ixrac marşrutudur.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər