9 C
Baku
Friday, December 13, 2024

TAP ilə nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb

Azərbaycan təbii qazının Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya tədarükü 30 milyard kubmetri ötüb.

Bu barədə TAP konsorsiumunun məlumatında bildirilir.

“Hazırda Yunanıstan, Bolqarıstan və İtaliyaya 30 milyard kubmetrdən çox təbii qaz nəql etmişik. Biz əməliyyatlarımızın son prinsipləri kimi etibarlılıq və təhlükəsizliyi qorumuşuq”, – deyə konsorsiumun yaydığı məlumatda deyilir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 4 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

Son xəbərlər
Digər xəbərlər