13 C
Baku
Sunday, November 24, 2024

Avropa İttifaqı ölkələrinin hərbi xərcləri ötən il rekord həddə çatıb

Avropa İttifaqı ölkələrinin hərbi xərcləri 2022-ci ildə 6 faiz artaraq rekord həddə – 240 milyard avroya çatıb.

Bu barədə Avropa Müdafiə Agentliyinin məlumatında deyilir.

Məlumata görə, Avropa İttifaqına üzv 27 ölkədən 20-si müdafiə xərclərini artırıb. Altı ölkədə artım 10 faizdən çox olub. NATO-ya üzvlüyü gözlənilən İsveçdə bu göstərici 30.1 faiz, Lüksemburqda 27.9 faiz, Litvada 27.6 faiz, İspaniyada 19.3 faiz, Belçikada 14.8 faiz, Yunanıstanda isə 13.3 faiz təşkil edib. İttifaqın bütün hərbi xərclərin təxminən altıda biri – 58 milyard avro yeni silah növlərinin alınmasına yönəlib.

Bu xərclərin hansı hissəsinin Ukrayna üçün hərbi yardıma ayrıldığı barədə məlumat verilmir. Bir müddət öncə Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel quruma üzv ölkələrin Ukraynaya 27 milyard avro dəyərində silah tədarük etdiyini və bunun 2022-ci ildə bütün hərbi xərclərin 11 faizinə çatdığını bildirib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər