Dünya Bankı Yaponiya hökumətinin zəmanəti ilə Ukraynaya 1.2 milyard dollar kreditin ayrılmasını təsdiqləyib. Maliyyə təşkilatının sənədində qeyd olunur ki, bu vəsaitlər “İnklüzivlik, davamlılıq və səmərəlilik üçün sosial müdafiəyə sərmayə qoyuluşu” (INSPIRE) layihəsi çərçivəsində “Ukraynanın ən həssas əhalisi” üçün 29 sosial yardım proqramını dəstəkləmək üçün istifadə olunacaq.
Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Kiyev Avropa İnvestisiya Bankından təxminən 162 milyon avro, Norveçdən 190 milyon dollar, İsveçrədən isə 70 milyon dollar alacaq.
Bundan əvvəl məlum olmuşdu ki, Dünya Bankı Ukraynaya yardım üçün 24 milyard dollardan çox vəsaiti səfərbər edib, vəsaitin təxminən 90 faizi təşkilatın özü tərəfindən deyil, Yaponiya, Böyük Britaniya, ABŞ daxil olmaqla qarant və donorlar tərəfindən təmin edilib.