6 C
Baku
Sunday, December 15, 2024

2024-cü ilin dövlət büdcəsinin layihəsində bəzi düzəlişlərə ehtiyac yaranıb

Azərbaycanda yeni yaradılan rayonla əlaqədar 2024-cü ilin dövlət büdcəsinin layihəsində bəzi korrektələrə ehtiyac yaranıb.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

“İlk növbədə Ağdərə rayonunun yaradılması ilə əlaqədar onun adı büdcə layihəsinin 5-ci maddəsinə əlavə ediləcək”, – deyə o qeyd edib.

Bundan başqa, meliorasiyaya ayrılan vəsait 7.3 milyon manat azaldılacaq, müvafiq olaraq həmin vəsait elm xərcləri bölməsinə əlavə ediləcək. Bununla yanaşı cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə ehtiyac var. Bakının yerli xərclərinin 2.3 milyon, Laçının yerli xərclərinin isə 100 min manat artırlması nəzərə alınacaq”, – deyə nazir əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, büdcədə parlamentin və onun aparatının saxlanılması üçün ayrılan vəsait artırılıb: “Milli Məclisə ayrılan vəsaitin 252.5 min manat artırılması nəzərdən keçirilib və həllini tapıb”.

Xatırladaq ki, büdcədə Milli Məclisin və onun aparatının saxlanılması üçün 50.919 milyon manat vəsait nəzərdə tutulmuşdu. Xərclər smetasının ümumi dəyərinin 75.1%-ni əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər