“Aqrar Tədarük və Təchizat” ASC “Agro Fan” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 2024-cü ilin (yeni ilin) gəlişi ilə əlaqədar Bakı şəhəri əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının təmin olunması məqsədilə 20-30 dekabr 2023-cü il tarixlərində şəhərin 2 müxtəlif ərazilərində satış yarmarkalarının təşkili və təşkilati işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 93.300,24 manatdır.