10 C
Baku
Friday, December 13, 2024

İnsanlar niyə görə kreditə görə intihar edirlər? (Araşdırma)

Son dövrlər mediyada kreditə görə intiharlar, intiharlara cəhdləri halları ilə çox rastlaşırıq. Bu tip hallar devalvasiya prosesindən sonra daha çox diqqəti cəlb edir. Bəs insanlar niyə görə kredit borcuna görə özünü intihara qərar verirlər? İlk baxışdan çox insanın fikri belədirki, 2-3 min manata görə belə bir qurbana getməyə ehtiyac yoxdur.

Banker.az bu məsələ ətrafında öz fikirlərini , həmçinində ekspertlərin fikirləri ilə bölüşməyə çalışacaq.

Banker.az mütəxəssislərinin fikrincə, bu məsələnin əsasən 2 tərəfi vardır.

  • Qanunvericilik bazası, banklar və müştəri tərəfindən olan boşluqlar
  • Prosesin psixoloji aspektləri

Qanunvericilik bazası

İlk olaraq onu qeyd etmək istərdik ki, Azərbaycanda borcların yığılmasına dair xüsusi bir qanunvericilik yoxdur. Yəni bank bu prosesi digər qanunları pozmadan istədiyi formada apara bilər. Adətən bu tip qanunun olması daha çox müştərilərin xeyrinə olur. Misal üçün, Rusiyada kollektorlar və kollektor fəaliyyəti ilə bağlı qəbul edilmiş qanunda bu məsələnin demək olarki bütün aspektləri əhatə olunub. Bank və ya kollektor müştəriyə axşam saatlarında  zəng edə bilməz, hansı hallarda müştərinin zaminini prosesə qoşmaq olar və s. Kreditlərlə bağlı Azərbaycanda olan situasiya adətən Mülki məcəllə ilə tənzimlənirki , oradada kreditin yığım prosesinin limitləri təsvir olunmayıb.

Bank tərəfi

Digər tərəfdən, qanunvericilikdə belə bir boşluq olan yerdə, artıq bank qanunu pozmadan öz pulunu müştəridən  müxtəlif formalarda almağa çalışır. Bu təbii biznes tələbidir. Çünki bank hər bir manatın cəlb edilməsinə xərc çəkir və maliyyə sistemində sərt planlama ilə müşahidə olunur – bank müştərki kimi, öz öhtəlikləri qarşısında cavab verməlidir, əks halda bu onun gəlirindən silinəcəkdir.

Məsələnin o biri tərəfi isə sırf problemli kreditlərlə məşğul olan şəxsin üzərinə qoyulan yük və motivasiya aspektləridir. Bu şəxs lazımi həddə yığım edə bilməsə təbii ki işdən çıxarılacaq. Əlavə olaraq o daha çox yığım etsə daha çox əmək haqqı (bonus) alacaq. O səbəbdən problemli kreditlərlə məşğul olan şəxs müştərini  bütün mümkün variantlarla “bezdirib” pulu almağa çalışacaqdır.

Müştəri tərəfi

 Azərbaycanda kredit partlayışı olmadı – bu proses devalvasiyanın baş verməsi ilə yarımçıq qaldı. Amma buna baxmayaraq, kreditə çıxış rahatlaşdıqca bu prosesdə bankların bir qismi pul kisəsinin ağzını daha geniş açdıqca, əhalidə bəzən ehtiyac olmadıqda belə krediti götürürdü. Bu tip müştəri məsuliyyətsizliyin nəticəsində bir çox ailələr kreditlə xeyli yükləndilər. Və devalvasiyanın ilk dalğasında ailələrə daxil olan gəlirin həcmi azaldı, dollarda olan kredit yükü isə artdı. Nəticədə insanlar öz kredit öhtəliklərini vaxtlı vaxtında icra etməkdədə çətinliklər qarşılaşdılar.

Əslində bu bölmə özündə təkcə müştərini yox, zaminləri və eləcədə müştərinin pulu alıb digər şəxsə verməsi nüanslarınıda cəmləşdirir.

Müştəri tərəfdən hər şey aydındır. Onların bir qisminin həqiqətəndə krediti ödəmək imkanı yoxdur. Sirr deyilki , devalvasiya prosesindən sonra bir çox insan ixtisara düşmüş, bəzilərinin isə biznesləri iflas etmiş və ya zəifləmişdir. Fevral ayından isə onların dollarda olan kredit yükü artmışdır.  Krediti ödəmək istəyən lakin bank tərəfindən müəyyən dəstəyə ehtiyac olan şəxslər bankdan müəyyən kömək uma bilərlər. Bəzi banklar müştərilərə güzəştləri etmişdirlər. Bəziləri isə ayağını iki başmağa dirəyib müştərinin bütün müraciətlərinə imtina verərək krediti vaxtında ödəməsini tələb edir.

Çox maraqlıdır ki, devalvasiya prosesi baş verəndən sonra və Konstitusiya məhkəməsinin qərarına qədərki dövrdə bəzi müştərilər yumşaq desək ümumiyyətlə kredit öhtəliklərindən imtina edirlər. Hətta bəziləri digərlərinidə krediti ödəməməyə çağırırlar. Banklar təbii ki bu halın digər müştərilərə yayılmaması üçün onlarla bağlı hüquqi tədbirin görməsini sərtləşdirirlər və işdir bu müştərinin ödəmə kanallarının heç biri effekt vermədikdə artıq onun zamininə keçid alınır .  Bu isə zamin tərəfindən ciddi narazılıqla qarşılanır. Zaminlik məsələsinə biz bir qədər sonra bir daha toxunacağıq.

Zaminlik mədəniyyəti

Yəqinki çoxumuz razılaşarıq ki, Azərbaycanda zaminlik mədəniyyəti və məsuliyyəti hələdə formalaşmayıb. Yəqinki devalvasiya prosesində başı ağrıyan vətəndaşların çoxu növbəti dəfə zamin dayanan zaman daha diqqətli olmağa çalışacaqlar. Hazırda vəziyyət elədirki, zamin duran şəxs öz öhtəlikləri haqqında demək olarki məlumatlı deyil. “Məmməd mənə problem yaratmaz “ məntiqi hələdə çoxumuzda vardır. Bəzən adamdan elə adam zamin olmağa çalışırki ona imtina verməyə üzümüzdə olmur. Lakin praktika onu göstərir ki, problem yaranan zaman bu adamlar az qalırlar bir birlərinə bıçaq çəksinlər. Çünki zamin kreditdən faydalanmayan tərəfdir, ona kreditdən heç bir pul çatmayıb və səhərisi bankdan gəlib onun qapısını döyüb zamin durduğu şəxsin kreditini bağlamağı tələb etdikdə, o şəxsin ağrısını təsəvvür etmək çətin deyil.

Ağrılı hadisələrdən biridə, müştəri pulu götürüb dostuna, tanışına verdiyi halda yaranır. Pulu götürən adam faktiki olaraq heç bir hüquqi öhdəlik daşımır. Və əgər o ödəniş etməsə, bank haqqlı olaraq pulu verdiyi şəxsdən tələb edir – o isə pulu bildiyimiz kimi digər şəxsə verib. O adamdan pulu ödəməyi tələb edəndə müştəriyə müxtəlif bəhanələr gətirir ki, hazırda imkan yoxdur , bankdırda neyləyəcək və s.  Sonda iş məhkəməyə gedir və artıq növbəti ssenari hər birimizə bəllidir.

Məsələyə psixoloq baxışı

Məsələyə aydınlıq gətirmək üçün psixoloq Fərəh Quliyevaya müraciət etdik. Onun bildirdiyinə görə: “12285716_515104558670275_1711619094_nKredit kəlməsi hazırda insanlara həyəcan və qorxu yaradır. Bu mövzu insanların psixoloji durumlarına mənfi təsir edir. Biz doğmalarımızdan hədiyyə alarkən təşəkkür edirik , sevgimizi belə kiməsə verərkən bunun qaşılığıda təşəkkür alırıq. Bizə çətin anda dayaq duran şəxslərə təşəkkür edirik. Baxın, hətta təşəkkürün özüdə qarşılıqlıdır. Kredit isə bizə dar anda dayaq duran bir vasitədir. Sonradan ödənişləri hissələrlə həyata keçirtmək prosesinədə eyni qaydada təşəkkür etmək anlamına gəlməlidir. Əsas məsələ insanların həyəcanlı vəziyyətində baş verən proseslərə necə reaksiya göstərmələrindədir. Artıq kredit burulğanına düşmüş və emosianal gərginlik keçirən insan təbii ki psixoloqla görüşməsi daha məqsədə uyğundur nəinki çıxış yolunu intiharda axtarmaq.

Hazırda insanlar o qədər stresslə yükləniblərki, hətta real həlli mümkün olan məsələyədə çətin problem kimi baxırlar. Müşahidə etsəniz görərsiniz ki, təhsilli insanların problemə yanaşmalarıda nisbətən fərqlidir.

 Təəssüflər olsun ki, insanlar psixoloji durumlarında və ya fizioloji problemlərinin üzərinə yalnız həkim göstərişindən sonra diqqət etməyə başlayırlar.

Lakin biz duyğularımızı, psixoloqiyamızı vaxt aşırı yoxlamaqdan çəkinməməliyik. Əks halda  ən gözəl yaşanacaq günlərimizi yorğunluq, sıxıntı və ruh düşkünlüyü şəklində keçirtməyə məhkum olacağıq. ”

 

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.